26 Aprel 2023 23:05
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncə Türkiyədə keçiriləcək seçkilərlə bağlı açıqlama verib.

Teleqraf.com-un xəbərinə görə, siyasətçi açıqlamasında müxalifətin “Altılıq Masası” seçki blokuna sərt təpki göstərib.

“Türkiyə tale seçiminə gedir. Amma “Altılıq Masası”ndan qəribə səslər gəlir. Hörmətli Davudoğlu 90 yaşlı bibisini belə razı sala bilmədiyini deyir. Hörmətli Babacan deyir ki, bizim seçicilərimizin hamısı CHP-yə səs verməyəcək. Bundan əvvəl də türklüklə bağlı müzakirə açmışdı. Deyir ki, Konstitusiyanın ilk dörd maddəsinə dəyişiklik ediləcək.

“Məhərrəm İncə ikinci tura qalsa, səs vermərəm” deyərək, əslində, birinci turda da nə etmək istədiyini açıqlayır. Bu o deməkdir ki, istər CHP-yə səs verin, istərsə də verməyin. Bu, Türkiyə üçün bir tələdir. Millətimizi necə aldatdıqlarını mayın 15-i səhər görəcəyik. Bu Millət İttifaqı düzgün mövqe tutmayıb”, - İncə bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər