2 Yanvar 2015 20:24
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bir sıra ölkələrə, o cümlədən Gürcüstana taxıl ixracını məhdudlaşdırıb. AzərTAc Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, ölkənin taxıl idxalının 90 faizi Rusiyanın payına düşür.

Gürcüstanın Dənli Bitkilər Assosiasiyasının sədri Levan Silqadze bildirib ki, Rusiyadan taxıl idxalının azalmasına baxmayaraq, buğda çox bahalaşmayıb.

Hazırda buğdanın 1 tonu 280 dollara satılır. L.Siliqadze deyib: “Hazırda ölkənin iki aylıq taxıl ehtiyatı var. Sonra nə olacağı isə dünyadakı proseslərdən asılıdır”.


Müəllif: