“Rusiya lideri Vladimir Putin Ukrayna ordusunun əks-hücumundan əvvəl Baxmutu ələ keçirmək əmri verib, amma onların buna gücləri çatmır”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan mayor Aleksey Hetman deyib.
“İşğalçılar irəliləməyə çalışacaqlar, çünki Putindən əmr alıblar ki, bizim əks-hücum başlamazdan əvvəl şəhəri tamamilə ələ keçirsinlər. Priqojinin bəyanatını nəzərə alsaq, deyə bilərəm ki, işğalçılar kiçik hücum dəstələri ilə irəliləyirlər, amma indiyədək şəhəri ələ keçirə bilməyiblər”, - mayor bildirib.
Hetman qeyd edib ki, Rusiya qoşunlarının şəhərə hücumu getdikcə azalır:
“Belə bir iddia var ki, ətalətdən çıxırlar. Böyük hesaba görə, bütün şəhəri ələ keçirmək üçün şimaldan və cənubdan mühasirəyə almaq üçün qüvvələri kifayət deyil. Heç olmasa, indi müdafiəni saxlaya bilərik”.