ABŞ-nin keçmiş dəniz piyadası Kuper Endryus Ukraynada toqquşmalar zamanı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə mərhumun ailəsinə istinadən “CNN” məlumat yayıb.
Telekanalın məlumatına görə, keçmiş hərbçi aprelin 19-da Artemovsk (Baxmut) yaxınlığında ölüb.
O, 2022-ci ilin noyabrında Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün ABŞ-ni tərk edib.
CNN-in yaydığı məlumata görə ABŞ Dövlət Departamenti amerikalının ölümünü təsdiqləyib.