Ekvador əlverişli yaşayış şərtlərinə görə, təqaüdçülərin yaşaması üçün ən yaxşı ölkə kimi tanınıb.
Teleqraf.com-un məlumatına görə, müvafiq reytinq cədvəli “International Living” jurnalı tərəfindən tərtib olunub.
Burada vacib meyarlar kimi, həyatın dəyəri, mülkə, iqlimə və tibbi xidmətin keyfiyyətinə görə qiymətlər əsas götürülüb.
“International Living” son reytinq cədvəlinə 25 ölkə daxil edilib. Cədvəldə ikinci yeri keçən ilin lideri Panama tutur, üçüncü yerdə isə Meksikadır.
İlk onluğa Malayziya, Kosta - Rika, Malta, İspaniya, Kolumbiya, Portuqaliya və Tayland da daxil edilib.
Nail Cəlil