7 May 2023 19:55
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın 14-də bəzilərini təqaüdə yollayacağıq. Onların kim olduğunu bilərsiniz”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib.

“İstanbul “Hə” deyərsə, bu iş bitər. İstanbul “Bəzilərini təqaüdə yollayacağıq” desə, bu iş bitər”, - dövlət başçısı bildirib.

Mitinq boyu seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlunu tənqid edən Rəcəb Tayyib Ərdoğan onu terror təşkilatları ilə əlbir olmaqda suçlayıb: “Bu terror təşkilatları ilə bərabər gəzən, dolaşan Kılıçdaroğluna vətəni böldürməyəcəyik”.

Eyni zamanda, 2019-cu ildə İstanbulun meri seçilən Ekrem İmamoğlundan bəhs edən Türkiyə Prezidenti ona 2024-cü ildə baş tutacaq növbəti bələdiyyə seçkilərində “lazımi dərsin verilməsinə” işarə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər