Türkiyə müxalifətinin “Yeddilik” blokunun prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz Almaniyanın “Neue Zürcher Zeitung” (NZZ) qəzetinə seçkilərdə qalib gələcəkləri təqdirdə xarici siyasətdə həyata keçirəcəkləri addımlar barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Kipr siyasətini tənqid edən Çeviköz ölkəsində təpkilərə yol açıb.
“Türkiyə Kipr türklərinin daxili işlərinə qarışmamalıdır. Adaya yönəlik həlli iki toplum tapmalıdır. Eynilə, Afina da rumların (Cənubi Kiprin) daxili işlərinə qarışmamalıdır”, - siyasətçi bildirib.
Çeviköz qalib gələcəkləri təqdirdə Suriyadakı hərbi əməliyyatları dayandıracaqlarına da söz verib: “Suriyadan heç bir təhlükə olmadığına əmin olsaq, hərbi mövcudluğumuzdan danışa bilərik”.
Bu günlərdə “Politico”ya danışan Çeviköz seçkidə qalib gəlsələr, Türkiyənin NATO üzvü olduğunu Rusiyaya xatırladacaqlarını bildirmişdi. Eyni zamanda, PKK-çı Səlahəddin Dəmirtaşın azadlığa buraxılması ilə bağlı beynəlxalq məhkəmənin (AİHM) tələbinə əməl edəcəklərini demişdi.