Berlin Ali İnzibati Məhkəməsi yerli polisin şikayətini təmin edərək mayın 8-i və 9-da Rusiya bayraqlarının və simvollarının nümayişini qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.
Məlumata görə, məhkəmə hüquq-mühafizə orqanları əməkdaşlarının milli parklarında Rusiya bayraqlarının asılmasına icazə verilməsi ilə bağlı şikayətini tanıyıb.
Qərara əsasən, mayın 8-i və 9-da Berlində anım tədbirlərində Rusiya bayraqlarının dalğalanması qadağan edilib. SSRİ bayrağının və Georgi lentlərinin nümayişi də qadağandır.