Yaponiya ölkənin cənub-qərbində və Tayvan boğazı yaxınlığında yerləşən Miyako adasında “Patriot” müdafiə sistemləri yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu məlumat verib.
Ölkə rəsmisi bildirib ki, Yaponiya Hava Özünümüdafiə Qüvvələri (ASDF) Okinava əyalətindəki Miyako adasında “Patriot” raketləri yerləşdirib.
Matsuno qeyd edib ki, dislokasiya edilən raketlər milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və Şimali Koreyanın mümkün uzaqmənzilli ballistik raketlərini hədəfə alacaq.
Yerli mətbuat PAC-3 raketlərinin də eyni bölgədəki İşiqaki və Yonaquni adalarında yerləşdirildiyini yazır.
Ölkənin cənub-qərbində yerləşən Miyako, Yonaquni və İşiqaki adaları ölkənin Tayvan boğazına ən yaxın bölgələridir.