Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili Yaçek Şlyadevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, ona mayın 9-da Varşavadakı sovet əsgərlərinin məzarlığındakı hadisə ilə bağlı etiraz notası təqdim edilib.
“Rusiya Federasiyası Varşavadakı sovet əsgərlərinin məzarlığında baş vermiş təxribatla ilə bağlı cavab hərəkətlərin vaxtını və xarakterini seçmək hüququnu özündə saxlayır”, - XİN qeyd edib.
Polşanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkilinə bildirilib ki, anti-Rusiya davranışlar qonşu ölkələr arasında ünsiyyət prinsiplərindən kənara çıxıb.