İsrail hərbçiləri “İslami-cihad” silahlı qruplaşmasının raket qüvvələrinin rəhbəri Əbu Dekan və onun müavinini zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, zərərsizləşdirmə əməliyyatı Qəzza zolağından atılan raketlərin israilli mülki şəxsi öldürməsindən sonra həyata keçirilib. Həmçinin qeyd edilir ki, bu, son üç gündə “İslami-cihadın” yüksək rütbəli beşinci şəxsinin ölümüdür.
Xatırladaq ki, mayın 9-da səhər saatlarında İsrail hərbi əməliyyata başlamaqla “İslami-cihad”ın üç komandirini öldürüb.
Buna cavab olaraq Qəzza zolağından İsrail şəhərlərinə yüzlərlə raket atılıb.