5 Yanvar 2015 08:34
748
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın hədəfi nüvə silahı və nüvə reaktorları deyil. Ölkənin başlıca idealları və prinsipləri sülhə inkişafa, tərəqqiyə yönəlib.
Teleqraf.com-un İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İran prezidenti Həsən Ruhani səsləndirib. O, öz fikirlərini ölkə iqtisadiyyatına həsr olunmuş birinci konfransın açılışı zamanı dilə gətirib.
Ruhani bildirib ki, heç bir ölkənin təcridolunma şəraitində davamlı inkişafı mümkün deyil. İran prezidenti vurğulayıb ki, hazırda gerçəkləşdirilən nüvə danışıqları Tehranla beynəlxalq vasitəçilərin “altılığı” (ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya, Çin) arasında “körpü” qurulmasına yönəlib.
Xatırladaq ki, bir müddət öncə İran və “altılıq” arasında danışıqları 2015-ci il iyulun 1-dək davam etdirmək barədə razılaşma əldə olunub.

Müəllif:

Oxşar xəbərlər