Əlverişsiz hava şəraiti Kanadanın Kvebek əyalətində 135 mindən çox təsərrüfatı elektrik enerjisiz qoyub.
Teleqraf.com Trend-ə istinadən məlumat verir ki, bu barədə Hydro-Quebec şirkəti bildirib.
Müxtəlif əyalətlərdə leysan yağışları, daşqınlar, saatda 120 kilometrə qədər güclü külək (Nyufaundlend və Labrador əyalətləri), qar və gecə 30 dərəcəyə qədər ekstremal şaxtalar gözlənilir.
Meteoroloqlar 48 dərəcəyə qədər soyuqların düşməsi və 15-30 santimetrə qədər bərk qarın yağması barədə xəbərdarlıq ediblər.
Şirkətin Monterji inzibati vilayətində 75 min nəfər və Monreal vilayətində 51 min nəfərə yaxın müştərisi artıq işıqsız qalıb, CBC telekanalı xəbər verir.
Ümumilikdə xəbərdarlıq Kanadanın şahzadə Eduard adasından başqa bütün əyalətlərinə aiddir.