15 May 2023 13:26
16 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyədə parlament və prezident seçkiləri keçirilib. 54 milyon vətəndaş səs verib. Bu səslərin təxminən 53 milyonu etibarlı hesab edilib.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə üzrə 26 milyon 685 min səs (49.35 faiz) toplayaraq, birinci yeri tutub.

Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu 24 milyon 331 min səslə (45 faiz) səs toplayıb.

ATA İttifaqının Azərbaycan əsilli prezidentliyə namizədi Sinan Oğan isə anketlərdə göstəriləndən çox səs toplaya bilib. 2 milyon 820 min səs (5.21 faiz) toplayan Sinan Oğan siyahıda üçüncü olub.

Bir sıra media qurumları və müxalifət partiyalarının liderləri seçkinin ikinci tura qaldığını iddia edirlər. Bu məsələnin müzakirə olunduğu vaxtda Türkiyənin “Yeni Akit” qəzeti gözləntiləri alt-üst edə biləcək iddia ilə gündəmə gəlib.

“Siyasi kulislərdə Prezident Ərdoğanın ilk turda xarici ölkələrdən gələn səslərlə seçkini qazandığı deyilir. Açıqlama verməməsinin səbəbinin isə müxalifəti sakitləşdirmək olduğu iddia edilir.

Siyasi kulislər əvvəlcə müxalifətin ikinci tura razılaşdırılacağını, xaricdən gələn səslər açıqlananda isə Ərdoğanın 50.03 faizlə qalib gələcəyini deyirlər”, – nəşr bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər