19 May 2023 18:28
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, R.T.Ərdoğan S.Oğanı İstanbulda Dolmabağçadakı iş ofisində qəbul edib.

Qeyd edək ki, R.T.Ərdoğan prezident seçkilərinin ikinci turunda Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən bir sıra şərtlər tələb edib.

Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər