Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Fransanın dövlət başçısı Emmanuel Makronla bir araya gəlib.
Teleqraf.comxəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna lideri Kiyevə hərbi yardıma görə fransalı həmkarına təşəkkürünü bildirib.