“Qoşunların 1975-ci il SSRİ Baş Qərargahının xəritələrində qeyd olunan sərhəd xəttindən “güzgü effekti” ilə çıxarılması sabitliyi təmin edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bunlar Rusiyanın haqqında danışdığı xəritələrdir. Paşinyan iddia edib ki, artıq beynəlxalq ictimaiyyətdə də belə bir rəy formalaşmağa başlayıb.
“Onu da qeyd etmək istəyirəm ki, qoşunların “güzgü effekti” ilə çıxarılması özlüyündə demarkasiya işlərini əvvəlcədən müəyyənləşdirmir. Bu, ayrı prosesdir, söhbət sərhəddəki vəziyyətin sabitliyinin təmin edilməsindən gedir.
Hesab edirik ki, 1975-ci ilin xəritəsi gələcək demarkasiya işləri üçün əsas ola bilər və olmalıdır. Çünki bu, Almatı Bəyannaməsi əsasında demarkasiya ilə bağlı 6 oktyabr 2022-ci il tarixində Praqada əldə edilmiş razılaşmaları nəzərdə tutur”, - Paşinyan vurğulayıb.