5 Yanvar 2015 16:41
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prezidenti Nikolas Maduro Çin və OPEK təşkilatına üzv ölkələri ziyarəti nəzərdə tutan xarici səfərə çıxıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Venesuela prezidenti görüşlərini neftin ucuzlaşmasının ölkəsinin iqtisadiyyatına mənfi təsirini yumşaltmaq üçün görülə biləcək tədbirlərə həsr etmək niyyətindədir.

Maduronun baş çəkəcəyi ilk ölkə Venesuelaya iri həcmdə kredit verən Çindir.

Maduro Pekində Çin rəhbəri Xi Jinpinglə danışıqlar apardıqdan sonra, OPEK ölkələrinə yollanacaq.
Venesuela prezidentinin neft ixracatçılarına neftin hasilatını azaltmaq barədə çağırış edəcəyi gözlənilir.
Pekinə yola düşməkdən əvvəl Nikolas Maduro deyib ki, ABŞ OPEK kartelini dağıtmaq üçün neft bazarında müharibəyə başlayıb, Venesuela isə bu müharibədən yaranan problemlərlə üzləşib.

Maduro ABŞ-ı bazara böyük həcmdə ucuz neft çıxarmaqda ittiham edərək, bu addımın Vaşinqtonun Moskva ilə iqtisadi müharibəsinin tərkib hissəsi olduğunu bildirib.

Qeyd edək ki, Venesuela dünyada ən irimiqyaslı neft ehtiyatlarına malikdir.

Samir


Müəllif:

Oxşar xəbərlər