25 May 2023 12:15
3 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara böyükşəhər bələdiyyəsinin sədri Mansur Yavaş Türkiyədə keçirilən seçkinin birinci turunda Prezident Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsində qalib gəlməsi ilə bağlı diqqətçəkən etiraf edib.

Teleqraf.com xəbər verir ki, Yavaş bundan sonra CHP tərəfdarlarından zəlzələ qurbanlarına yardımın dayandırılması ilə bağlı elektron məktublar aldığını açıqlayıb.

“Dostlarınızın çoxu bilmir. Bu zəlzələdə hökumətin məsuliyyət daşıdığını düşünən və zəlzələ olmayan yerlərdə yaşayan insanlar, mənim bildiyim qədər, “hökuməti orada qüsurlu görürlər və səs verməyəcəklər” deyə düşünürdülər. Açığı, mənə çoxlu elektron məktublar gəlirdi ki, zəlzələdən zərərçəkənlərə yardımı dayandırın”, - CHP-çi bələdiyyə sədri deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər