26 May 2023 10:12
2 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Den Hempton Rusiyanın “elitar zərbə qrupu” yaratması ilə bağlı məlumatı Kremlin təbliğatı hesab edir.

Teleqraf.com xəbər verir ki, polkovnik belə bir şey olsa belə, Ukrayna ordusunun buna hazırlıqlı olduğunu söyləyib.

“Buna şübhə ilə yanaşardım. Yenə deyirəm, bu qüvvələr həqiqətən elitdirsə, bu sözü belə çox hallandırmağa nə ehtiyac var? Elit kimi qəbul edilənlərin çoxu elit olmur. Bəs onların belə hərbçiləri və texnikaları vardısa, bir il əvvəl niyə istifadə etmirdilər? Bəs niyə indi?”, - Hempton vurğulayıb.

Polkovnik rusların təbliğatda çox mahir olduqlarını bildirib:

“Bu, mənə təbliğat kimi gəlir. Əgər bu, ingilislərin bəhs etdiyi bombardmançı qüvvədirsə, Ukraynanın MiQ-29-ları ölkəyə sızmağa çalışan bombardmançıların öhdəsindən gəlməyə qadirdir”.

O, həmçinin əlavə edib ki, bu halda “Patriot” sistemləri Rusiyanın “elit eskadrilya”larına qarşı mübarizəyə cəlb olunacaq: “Patriot” onları çeynəyib tüpürəcək”.

Hempton vurğulayıb ki, ruslar sadəcə faktlarla öz xeyirlərinə manipulyasiya etməyi xoşlayırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər