“Ukrayna Prezidenti Vladimir Zelenskinin Tehranı Rusiya terrorunun şəriki kimi ittiham etməsi əsassız və dəyərsizdir. Bu bəyanatlarla Zelenski Qərb ölkələrindən daha çox hərbi və maliyyə yardımı göstərməyi hədəfləyir”.
Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani deyib.
O, Zelenskinin açıqlamalarını ictimaiyyəti çaşdırmaq cəhdi və əsassız iddialarla birləşən siyasi şou olaraq xarakterizə edib:
“Rusiyaya silah göndərilməsi ilə bağlı iddiaların araşdırılması üçün İran və Ukrayna arasında ekspert danışıqlarını davam etdirməyə hazırıq. Bu cür ittihamlar İrana qarşı müəyyən siyasi məqsəd və motivlərin olduğunu təsdiqləyir. İran dəfələrlə Ukraynadakı müharibəyə qarşı olduğunu, müharibənin sona çatması üçün siyasi həll yolunun tezliklə tapılması lazım olduğunu bəyan edib”.