28 May 2023 02:21
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada çalışan yüzlərlə alman məmur, o cümlədən diplomatlar, müəllimlər və Höte İnstitutunun əməkdaşları ölkəni tərk etməli olacaqlar.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin qərarı apreldən etibarən həyata keçiriləcək.

Xəbərə görə, Rusiya kəşfiyyat xidmətləri Almaniyada mövcudluğunun azaldılması ilə əlaqədar olaraq, Rusiya Xarici İşlər Nazirliyi Almaniya nümayəndəliklərində və vasitəçi qurumlarda çalışan işçilərin sayını məhdudlaşdırmaq qərarına gəlib.

Qeyd olunub ki, ölkəni tərk etməli olan dövlət qulluqçularının sayı bir neçə yüz nəfərdir.

Almaniya Xarici İşlər Nazirliyi bu birtərəfli, əsassız və anlaşılmaz qərar qarşısında hökumətin Rusiyadakı vasitəçi qurumlarda diplomatik mövcudluğunu və işçilərin minimum səviyyəsini saxlamaqda maraqlı olduğunu bəyan edib.


Müəllif: Yeganə Oqtayqızı