Rəcəb Tayyib Ərdoğanın prezident andı üçün iki fərqli proqram layihəsi hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra dövlətin yüksək səviyyəli kadrları və yeni kabinet eyni vaxtda formalaşacaq və işə başlayacaq.
"Deputatlar 2 iyun cümə günü Məclis Ümumi Yığıncağında and içəcək və Məclis sədrinin seçilməsi üçün 5 gün davam edəcək namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Ərdoğanın prezident andı üçün iki fərqli proqram layihəsi hazırlanıb. Ərdoğan ya iyunun 2-si cümə günü millət vəkilləri and içdikdən sonra Türkiyə Böyük Millət Məclisində prezident andını içəcək, ya da iyunun 6-da and içəcək və dərhal sonra yeni kabinetini açıqlayacaq", - vurğulanıb.
Xatırladaq ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi.