Fransa Prezidenti Emmanuel Makron beyin ölümü keçirdiyi dediyi NATO-nu Rusiya lideri Vladimir Putinin “elektroşok”la oyatdığını bildirib.
Teleqraf.com xəbər verir ki, çıxışında Avropanın təhlükəsizliyini və sabitliyini amerikalı seçicilərin istəklərinə buraxa bilməyəcəyini qeyd edən Makron NATO daxilində Avropa müdafiə qanadının yaradılması vacibliyini vurğulayıb.
Avropanın hərbi sahədə daha müstəqil olmasına tərəfdar çıxan Fransa lideri qitənin öz təhlükəsizlik və qonşuluq məsələləri ilə təkbaşına məşğul olması gərəkliyinə diqqət çəkib. Makron onu da deyib ki, Qərbi Balkan ölkələri, Moldova və Ukrayna Avropa Birliyinə daxil edilməlidir.
Fransa prezidenti 2019-cu ildə NATO-nun beyin ölümü keçirdiyi söyləmişdi. Bu, o zaman ABŞ və alyansa üzv digər dövlətlərdə etirazlara səbəb olmuşdu.