5 İyun 2023 12:05
3 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATA İttifaqının keçmiş namizədi Sinan Oğan Türkiyədə keçirilən ikinci tur seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək üçün ən mühüm şərtlərindən birinin “faiz səbəb, inflyasiya nəticə” siyasətindən imtina etmək olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi Məhmət Şimşəkin xəzinə və maliyyə naziri təyin edilməsinin iqtisadiyyatı normallaşdıracağını deyib.

“Seçkilərin ikinci turunda Cümhur İttifaqının prezidentliyə namizədi cənab Ərdoğana dəstəyimiz üçün ən mühüm ilkin şərtlərdən biri də son bir neçə ildə həyata keçirilən “faiz səbəb, inflyasiya nəticə” siyasətindən imtina edilməsi və iqtisadi siyasətin beynəlxalq normalara uyğun aparılması idi. Cənab Məhmət Şimşəkin yeni kabinetdə işə başlaması ilə iqtisadiyyatda normallaşma addımlarını ən qısa zamanda görəcəyik”, - Oğan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər