ABŞ dövlət katibi Entoni Blinken önümüzdəki həftələrdə yüksək vəzifəli rəsmilərlə, o cümlədən prezident Xi Tsinpinq ilə danışıqlar aparmaq üçün Çinə səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-ın davam edən gərginliyə baxmayaraq, yüksək səviyyədə kommunikasiyanı bərpa etməyə çalışır.
Blinkenin səfərinin dəqiq vaxtı hələ müəyyən edilməyib.
Blinken hələ fevral ayında Pekinə səfər etməyi planlaşdırmışdı, lakin ABŞ materiki üzərində Çinə məxsus hava şarı aşkar edildikdən sonra səfəri ləğv etmişdi.