“İran Moskvaya Rusiyada dron zavodu tikməkdə kömək edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
O bildirib ki, İran pilotsuz uçuş aparatı istehsalı zavodunun tikintisində Moskvaya kömək etmək üçün Rusiyaya materiallar göndərir:
“Bu zavod gələn ilin əvvəlində tam istifadəyə verilə bilər”.