22 İyun 2023 19:26
3 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin (TBMM) Xarici Əlaqələr Komitəsində Fələstin başçısı Mahmud Abbasın uyğur türklərinə qarşı açıqlaması müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, iclasda iştirak edən Türkiyə xarici işlər nazirinin müavini Fələstinə lazım olanın deyildiyini bildirib.

Millət vəkili İsmayıl Özdəmir Abbası Çinə səfəri zamanı uyğur türklərinə ünvanladığı sözlərə görə tənqid edib.

İYİ Partiyadan olan millət vəkili Kürşad Zorlu onun açıqlamasını xatırladaraq, Fələstinlə bağlı beynəlxalq müqavilələrə annotasiya qoymaq istədiklərini söyləyib.

Xarici işlər nazirinin müavini Yasin Əkrəm Sərim isə Fələstin rəhbərliyinin hər bəyanatı və davranışı ilə razı olmadıqlarını vurğulayıb.

“Nazirlik olaraq bunun zəruriliyini onlara çatdırmışıq”, - Türkiyə rəsmisi qeyd edib.

İclasda Fələstinlə bağlı beynəlxalq müqavilələr də daxil olmaqla 4 təklif əlavə müzakirə üçün gündəmdən çıxarılıb.

Fələstin lideri iyunun 13-də Çinə səfəri zamanı belə demişdi:

“Bəzilərinin gündəmə gətirdiyi uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Fələstin həmişə Çinə inanıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər