"Vaqner" özəl hərbi dəstəsi Moskva şossesində onlara hücum edən helikopteri məhv edib.
Teleqraf.com xəbər verir ki, bunu “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
O, 25 min döyüşçünün hamısının ölməyə hazır olduğunu bildirib.
“Hər kəsə bir daha xəbərdarlıq edirəm: biz bunu təhlükə kimi qəbul edib ətrafdakı hər şeyi məhv edəcəyik. Bizi məhv etmək olmaz. Hədəflərimiz var, hamımız ölməyə hazırıq”, - deyə o bildirib.