Rusiya Prezidenti Vladimir Putin silahlı qiyamla bağlı vəziyyəti “ölkənin və xalqın arxasına vurulan bıçaq, dönüklük” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri ölkənin müdafiəsi, konstitusiya quruluşunun, vətəndaşların təhlükəsizliyi və azadlığının qorunması üçün hər şeyi edəcəyinə söz verib.
“Rusiyanın Prezidenti və Ali Baş Komandan, Rusiya vətəndaşı kimi mən ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını və təhlükəsizliyini, azadlığını qorumaq üçün hər şeyi edəcəyəm”, - Putin bildirib.