Ukrayna müdafiə qüvvələri sistemli təzyiq nəticəsində Tavriya istiqamətinin uğur qazanaraq Rusiya ordusunun işğalında olan ərazilərin 1.5 kilometr dərinliyinə qədər irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Tavriya” hərbi hissəsinin mətbuat mərkəzi məlumat yayıb.
Söhbət Melitopol istiqamətində uğurlu hücum əməliyyatlarından gedir.
“Hazırda çatılmış sərhədlərdə möhkəmlənmə işləri, ərazinin minalardan təmizlənməsi və kəşfiyyat aparılır”, - mətbuat mərkəzindən bildirilib.