29 İyun 2023 10:11
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında ABŞ-ı müflis elan edib.

Teleqraf.com xəbər verir ki, o, bunu Konqresin Büdcə Ofisinin 2053-cü ilə qədər ABŞ-ın borcalanlara dövlət borcunun ÜDM-in 181%-nə çatacağı ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Ölkə müflis oldu", - deyə Zaxarova yazıb.

“The New York Times” ABŞ-ın dövlət borcunun ilk dəfə olaraq 32 trilyon dolları keçdiyini yazıb. Nəşr qeyd edib ki, bu, Vaşinqtonun dövlət xərcləri üçün yeni mübarizəyə hazırlaşdığı bir vaxtda ölkənin narahat maliyyə trayektoriyasını vurğulayır. Qəzet ABŞ-ın pandemiyadan əvvəlki proqnozlarda gözləniləndən doqquz il əvvəl 32 trilyon dollara çatdığına diqqət çəkib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər