Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Fil Giraldi bildirib ki, ABŞ dünyanı Rusiyanın zəifliyinə inandırmağa çalışır, lakin yalnız özünün zəifliyini nümayiş etdirir.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "Judging Freedom" yutub kanalında danışıb.
Keçmiş agentin sözlərinə görə, ABŞ hakimiyyəti Rusiya Federasiyasının zəifliyi ilə bağlı sözlər fonunda digər dövlətlərə öz mövqelərini stabil göstərmək niyyətindədir, lakin bu, ABŞ-ın özünə mənfi təsir göstərir.
“ABŞ istəyir ki, Rusiya onlara uyğunlaşacaq qədər zəifləməyənə kimi münaqişə davam etsin. Amma təbii ki, bu, birincisi, baş verməyəcək, ikincisi, sadəcə olaraq, öz iqtisadiyyatımızı məhv edir və bütün dünya bunu görür”, - Giraldi vurğulayıb.