30 İyun 2023 15:07
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaxovskaya SES-in dağıdılmasından sonra dəymiş ziyan tez bir zamanda aradan qaldırılır.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov brifinq zamanı bildirib

“Yerli hakimiyyət orqanları həm hesabatlar, həm də video hesabatlar dərc edirlər. Dnepr öz adi məcrasına qayıtdı. Təbii ki, daşqından sonra oraya ciddi ziyan dəyib, indi o, kifayət qədər tez aradan qaldırılır”, - Lavrov izah edib.

İyunun 30-da Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin iştirakçıları Kaxovskaya SES-in dağıdılmasını pisləsələr də, günahkarların adını çəkməyiblər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər