2 İyul 2023 19:04
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Fransada son günlər iğtişaşlar zamanı özünü göstərən antisemit əhval-ruhiyyənin artmasından narahatdır.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü hökumətin həftəlik iclasında deyib.

“İsrail hökuməti Fransanı bürüyən antisemitizmin təzahürlərini və dalğalarını hədsiz narahatlıqla izləyir. Son günlər biz Fransada yəhudi hədəflərinə cinayətkar hücumların şahidi oluruq. Biz bu hücumları qətiyyətlə pisləyirik və Fransa hökumətini antisemitizmlə mübarizədə dəstəkləyirik”, - İsrailin baş naziri bildirib.

Qeyd edək ki, Nanterdə iğtişaşçılar dəstəsi İkinci Dünya Müharibəsi zamanı Fransadan nasist konsentrasiya düşərgələrinə deportasiya edilmiş 200 min insanın xatirəsinə həsr olunmuş abidəyə hücum ediblər. Vandallar abidəni Fransa polisinə qarşı aqressiv şüarlarla “bəzəyərək” abidənin yanındakı bayraq dirəyindən Fransa bayrağını aşağı salaraq tapdalayıblar. Bu hadisə İsraildə antisemitizmin təzahürü kimi qiymətləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər