8 Yanvar 2015 16:56
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyanada yerləşən bir məscidin divarlarına naməlum şəxslər tərəfindən hücum edilib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Vyana İslam Federasiyasının nəzdində olan və şəhərin 3-cü zonasında yerləşən məscidə səhər saatlarında həyata keçirilən hücumla bağlı dərnək tərəfindən bəyanat verilib. Yayılan açıqlamada məscidin divarlarına “Paris İslamdan kənardı” və “İslama xeyir” şüarlarının yazıldığı bildirilib. Həmçinin bəyanatda hücum qətiyyətlə pislənilib.

Vyana İslam Federasiyası bu addımı Parisdə baş verən terrorla bağlı olduğu iddiasını irəli sürüb.

Samir


Müəllif: