6 İyul 2023 16:10
26 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukrayna Şimali Atlantika Alyansına üzv olmağa dəvət edilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.

Ölkənin baş kəşfiyyatçısı Ukraynanın düşmənlərindən çox müttəfiqlərinin davranışlarından daha çox məyus olduğunu bildirib.

“Mənim üçün çox sadə səbəbdən cəmiyyətimizin NATO sammitindən gözləntisinin özünü doğruldacağını təsdiqləmək çətindir. Əminəm ki, bəzi sözlər deyiləcək, amma bundan başqa heç nə olmayacaq. Onların nə deyəcəklərinə bilirəm, çıxışların qaralamalarını görmüşəm”, - Budanov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər