Şimali Kaliforniyada 911 xidmətinin dispetçeri Facebook sosial şəbəkəsindən hündürlükdən yıxılma nəticəsində ağır zədələnən turistin yerini müəyyənləşdirmək üçün istifadə edib.
Teleqraf.com xəbər verir ki, turist Rayn Pritçard oğlu ilə birlikdə səyahətə çıxıb. Məlumata görə, R.Pritçardın ayağı büdrəyib və 45 metr hündürlüyü olan sıldırım qayadan yıxılıb.
Onun 11 yaşlı oğlu 911 xidmətinə zəng etsə də, olduqları yer barədə məlumat verənə qədər əlaqə kəsilib. Zərərçəkmişin yerini müəyyənləşdirmək üçün xidmət əməkdaşı turistin “Facebook” səhifəsinə daxil olub və oradakı son xəbərdə faciənin baş verdiyi yerin yaxınlığında çəkilən fotoşəkili görüb.
Sosial şəbəkədəki bu məlumat xilasedicilərə qısa müddətə zərərçəkmiş turisti tapmağa kömək edib.
İLHAMƏ