8 İyul 2023 15:53
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə silahlı İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin polis idarəsinə hücum edib.

Teleqraf.com xəbər verir ki, hücum edənlərin kamikadze olduğu və ikisinin özünü partlatdığı bildirilib.

İran mətbuatının məlumatına görə, hücum edənlər atəş açaraq polis bölməsinə soxulmağa çalışıblar. Yaraqlılar polis idarəsinin nəzarət qülləsinə çıxaraq, oradan polislərə atəş açıblar.

Polis və təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb. Polis məntəqəsinin geri alındığı, silahlıların öldürüldüyü bildirilib.

İranın iki polis zabiti də qarşıdurmada həyatlarını itirib.

Sistan-Bəlucistan Pakistan və Əfqanıstanla həmsərhəddir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər