BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin uzadılması təklifləri ilə bağlı məktub göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb.
Məlumatda deyilir ki, BMT-nin baş katibi taxıl sazişi ilə bağlı təkliflər üzrə Rusiya ilə əməkdaşlığa hazırdır.