13 İyul 2023 17:30
7 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı teleaparıcı Vladimir Solovyov növbəti dəfə Böyük Britaniya, Fransa və Almaniyaya qarşı təhdidlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, jurnalist Ukraynaya “Skalp” qanadlı raketlərinin tədarükünə cavab olaraq Parisi raketlə vurmağa çağırıb.

“Naməlum müddətə uça bilən raketlər - ya 300, ya da 500. Onlar vaxtaşırı Moskvaya uça bilərlər. Bəs biz Parisə getmək istəmirik?”, - Solovyov deyib.

Jurnalist bildirib ki, Rusiya ərazisinə uçan hər bir “hədiyyə”yə cavab olaraq Ukraynanı raketlərlə təmin edən ölkələrin paytaxtları raketlərlə vurulmalıdır.

“İngilis raketi uçur - cavab olaraq dərhal Londona. Fransızlar atdı? Parisi vurun ki, əclaflar bilsinlər. Almaniyadan ümumiyyətlə danışmağa ehtiyac yoxdur - faşist şəhərlərini yer üzündən silin. Xalq üzgündür, xalqın günahı yoxdur. Amma bütün bu əclaflar - Pistorisus, Berbok, Şolz... İndi yeni “Leopard” tankları buraxmağa hazırlaşırlar. Sizi bir dəfə də asfalta düzmək lazım gələcək”, - Solovyov qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər