Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə üçün vizasız rejimə keçid və üzvlük danışıqlarının bərpası ilə bağlı Avropa İttifaqının cavabını gözlədiyini bildirib.
“İndi biz Avropa İttifaqının reaksiyasını gözləyirik. Vilnüsdə [NATO sammiti çərçivəsində] biz bu məsələləri ətraflı müzakirə etdik və bütün Aİ-yə üzv dövlətlərin rəhbərləri ilə müzakirələrimizi davam etdiririk. Biz hamı ilə bu görüşləri keçirdik və bildirdik ki, 52 ildir Aİ-nin qapısında gözləmək məcburiyyətində qalan Türkiyəyə qarşı müsbət addımların şahidi olmaq istəyirik”, – Ərdoğan deyib.