Çinin dəniz donanması bazar günü Yapon dənizində Rusiyanın dəniz və hava qüvvələri ilə birgə keçiriləcək “strateji su yollarının təhlükəsizliyini qorumaq” məqsədi daşıyan təlimə qoşulmaq üçün yola düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik rəsmi WeChat hesabında bildirib ki, beş döyüş gəmisi və dörd gəmi vertolyotundan ibarət Çin donanması şərqdəki Qingdao limanını tərk edib və əvvəlcədən müəyyən edilmiş ərazidə Rusiya qüvvələri ilə bir araya gələcək.