17 İyul 2023 12:07
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım körpüsündə növbəti terror aktı törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, terror aktı Kiyevin yerüstü pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Krımın rəhbəri Sergey Aksyonov məsələ ilə bağlı deyib:

"Krım körpüsündə baş verən insidentdən sonra Krasnodar diyarından bərə keçidi bərpa edilib, ilk sərnişinlər artıq Kavkaz limanından Kerçə yola düşüblər. Operativ Qərargahdan verilən məlumata görə, yalnız şəxsi nəqliyyatı olmayan müntəzəm avtobuslarla səyahət edənlər dəniz yolu ilə gedə bilər".

Qeyd edək ki, bu, Krım körpüsündə ikinci partlayışdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər