Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saniyə Türkiyənin yerli istehsal avtomobili olan TOGG-u hədiyyə edib.
Teleqraf.com xəbər verir ki, tərəflər görüşün baş tutacağı binaya həmin avtomobildə gəliblər.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib