Niger Silahlı Qüvvələrinin Baş qərargahı prezident Mohamed Bazumun vəzifədən kənarlaşdırıldığını elan edən qiyamçıları dəstəklədiyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə qərargahın tviter səhifəsində paylaşım edilib.
Bəyanatda, həmçinin vurğulanır ki, “istənilən kənar müdaxilə ölkədə fəlakətli nəticələrə və xaosa gətirib çıxaracaq”.
Baş qərargah ordunu terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini diqqətdə saxlamağa çağırıb.
Xatırladaq ki, keçmiş Fransa müstəmləkəsi olan Niger müstəqillik əldə etdikdən sonra (1946-cı il) ölkədə hakimiyyət çevriliş yolu ilə dörd dəfə dəyişib. Prezident Mohamed Bazum qərbyönlü siyasətçi və Parisin yaxın müttəfiqi kimi tanınır.