29 İyul 2023 15:20
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərəflər Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etməyə hazırdır, amma Qərb maliyyə yükünü Rusiyanın üzərinə qoymağı və Ukraynanın xərclərini onun ödəməsini istəyir.

Teleqraf.com xəbər verir ki, xüsusi təyinatlıların keçmiş zabiti, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk bu fikirdədir.

“Düşünürəm ki, Rusiya ilə Qərb arasında artıq danışıqlar aparılır. Razılığa gəlinsə, Ukraynaya sifariş verəcəklər və o, danışıqlara başlayacaq. Qərb hələ də Rusiyanı dayandırmaq, bizə qarşı iddialar irəli sürmək, Ukrayna üçün bəzi maddi faydaları həll etmək baxımından məğlubiyyətimizi qeyd eləmək ideyasını inkişaf etdirir. Ortada maliyyə problemi var", - deyə hərbi ekspet bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusi hərbi əməliyyatın ilk günündən sülh danışıqlarına başlamaq üçün öz şərtlərini - Rusiya Federasiyasının maraqlarının nəzərə alınmasını elan edib: "Ukrayna tərəfi bundan xəbərdardır, lakin qanunvericilik səviyyəsində danışıqlardan imtina etmək qərarına gəlib".

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva danışıqlar ideyasından əl çəkmir və Kiyevlə dialoqu davam etdirməyə hazırdır.

Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlara qadağa qoyulması haqqında fərmanı qüvvədədir.


Müəllif: Mahir