Misir əsilli terror şübhəlisi imam Əbu Həmzə terrorçulara yardım və vasitəçilik etmək cinayətinə görə ömür boyu həbsə məhkum edilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 11 ayrı cinayətdə adı hallanan əsl adı Mustafa Kamil Mustafa olan Həmzənin ömürlük həbs qərarı Nyu Yorkdakı federal məhkəmə hakimi tərəfindən təsdiq olunub. Bu hallar arasında ABŞ-ın Oreqon ştatında cihatçılara sığınacaq vermək, Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatına yardım etmək məqsədilə şəxslər yığmaq və 1998-ci ildə Yəməndə Qərb turistləri girov götürən döyüşçüləri lazimi avadanlıqlarla təmin etmək kimi cinayət əməlləri var.
Samir