İstambulun qərbində iki ticarət mərkəzində küstar üsulla hazırlanan iki bomba zərərsizləşdirilib.
Publika.az-ın CNN Turk-ə istinadən verdiyi məlumata görə, bombaları yoldan keçən şəxslər aşkarlayıb və şübhəli paketlər haqqında polisə məlumat veriblər.
Hadisə yerinə gələn polislər insanları ticarət mərkəzlərindən təxliyə edib. Daha sonra partlayıcı qurğular zərərsizləşdirərək araşdırılması üçün laboratoriyaya aparılıb.
Xatırladaq ki, 6 yanvar tarixində İstanbulun mərkəzində bir polis məntəqəsinin qarşısında kamikadze qadın özünü partladıb. Rəsmi mənbələr kamikadzenin sonradan Rusiya vətəndaşı Diana Ramazova olduğunu bildirib. Amma Rusiyanın İstanbuldakı baş konsulluğu terror aktında Rusiya vətəndaşının iştirakı haqqında informasiyanı təsdiq etməyib.