11 Avqust 2023 08:15
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika İqtisadi Birliyinin dövlət başçıları Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bunu Kot-d-İvuarın Prezidenti Alassan Uattara birliyin sammitinin keçirildiyi Abucadan qayıdarkən deyib.

“Qərargah rəisləri məsələləri yekunlaşdırmaq üçün daha bir neçə görüş keçirəcəklər, lakin əməliyyatın mümkün qədər tez başlaması üçün dövlət başçılarının razılığı var”, - deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Nigerdəki üsyançılar da ölkəyə hərbi müdaxilə olacağı təqdirdə, devrilmiş prezident Məhəmməd Bazumu öldürməklə hədələyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər